Diaspor

Yollarını süpürərəm, kücələrini təmizləyərəm – Tanınmış diaspor fəalı Prezidentə müraciət etdi

Yollarını süpürərəm, kücələrini təmizləyərəm – Tanınmış diaspor fəalı Prezidentə müraciət etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müzəffər Ali Baş Komandanım,

Sizə 1980-ci ildə Şuşada doğulan, 1992 ci ildə Şuşa erməni vandalları tərəfindən işgal olunandan sonra uşaqlığını da Şuşada Mamayı bulağının yanında qoyub gələn, sizin və mküzəffər ordumuzun sayəsində 28 il sonra yenidən Şuşasına qovuşan 12 yaşlı Xatirənin adından yazıram. Əvvəlcə sizə və Azərbaycan əsgərinə mənə və bütün xalqımıza bu zəfəri, bu xoşbəxtliyi yaşatdığınıza görə təşəkkür etmək istəyirəm.

Mən hazırda Niderlandın Deventer şəhərində yaşayıram. Vətən müharibəsi başlayanda mən burada qala bilmədim, 12 yaşlı qızımla vətənə gəldim. Çünki mən inanırdım ki, siz bizə Qarabağ sevincini yaşadacaqsınız. Yanılmadım da, 8 gün sonra bizə “ƏZİZ ŞUŞA SƏN AZADSAN” deyərək müjdə verdiniz.

Daha sonra dekabrın 27 də Şuşama getdim. 28 illik həsrətim sona yetdi. Sizin Şuşa səfərinizi isə nəfəsimi tutaraq izlədim. Çünki sizin də Şuşamızın bizsiz solan çöhrəsini görəndə səsiniz titrəyirdiş, hər Şuşa dediyinizdə. Mən də 28 il sonra eyni hisləri yaşamışdım Şuşada. Şuşamı o halda görəndən sonra mən özümə gələ bilmirəm. Artıq Avropaya qayıtmışam. Sizin Şuşa səfəri zamanı yolda dediyiniz bir söz məni inanılmaz dərəcədə qürürlandırdı. Dediniz ki, xaricdə yaşayan Azərbaycanlılar Füzuli hava limanından rahat Şuşaya gələ biləcəklər. Bəli, biz artıq Şuşaya gedirik deyib, yola çıxa biləcəyik sayənizdə.

Ancaq mən burada rahat oturub, Şuşam abadlaşandan sonra rahat gələ bilmərəm. Mən Şuşamın abadlaşdırılmasında, yenidən qurulmasında yaxından iştirak etmək istəyirəm. Sizdən acizanə xahiş edirəm ki, mənim Şuşanın təmir bərpa işləri üçün yaradılan komisiyaların, heyyətlərin sırasına daxil olmağıma kömək edəsiniz. Mən Şuşamın cəfasını çəkmək istəyirəm ki, səfasını sürəndə utanmayım. Yollarını süpürərəm, kücələrini təmizləyərəm. Bütün təcrübələrimdən istifadə edərəm. Yetər ki, Şuşama yararlı olum. Xaricdə oturub Şuşamın dirçəlməsini gözləmək ağırıma gedir. O prosesdə iştirak edə bilməyimə kömək etəməyinizi sizdən xahiş edirəm.