Azərbaycan 44 gün içərisində tarixi ədaləti və milli ləyaqəti bərpa etməyi bacaran dövlət kimi dünya tarixində iz buraxdı. Bununla da bu dəfə erməni vandallarının real siması tərəddüdsüz açılmış oldu. Tarixi dədə – baba yurdları olan bu torpaqlarda, doğma diyarda ermənilər niyə bu qədər vandallıq törətsinlər? Əlbəttə, reallıq da elə bu məqamdan sonra təzahür etməyə başladı. Özlərinə aid olmayan torpaqları ermənilər yağmalamışdılar.
Böyük dağıntılara məruz qalan rayonlarımızdan biri də Zəngilandır. Hər birimiz yaxşı xatırlayırıq ki, cənab Prezident Zəngilana səfəri zamanı bu rayon haqqında danışanda bildirmişdir ki: “Bir dənə də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib.”. Müharibədən sonra Zəngilana səfər edərkən buraya da gələn dövlət başçısı gördüyü mənzərə ilə tanış olanda bildirmişdir ki, hər kəs bu mənzərəni görməlidir. Bütün beynəlxalq təşkilatlar bunu, erməni vəhşiliyini görməlidir. Lakin eyni zamanda da o, vurğulamışdır ki, Zəngilan cənnət kimi bir yerdir. Oranı cənnət edəcəyik. Bu gün Möhtərəm Prezidentin düzgün müəyyən edilmiş siyasəti nəticəsində Qarabağda bərpa və yenidənqurma prosesi sürətlə davam edir. Bütün bu proseslər regionda formalaşmış olan yeni reallıqların əyani sübutudur.
Hesab edirəm ki, son dövrlər diqqət çəkən məsələlərdən biri də, cənab Prezidentin sərəncamı ilə Ağdam, Şuşaya və Zəngilana təyin olunan xüsusi nümayəndələridir. Heç şübhəsiz ki, bu proses yeni idarəetmə strukturunun yaranmasının xəbərçisidir. Cənab Prezidentin ADA universitetində keçirilən konfransda bildirdiyi kimi, icra hakimiyyəti orqanları Sovet hakimiyyəti dağıldıqdan sonra formalaşan idarəetmə strukturudur. Bu illərin təcrübəsi göstərdi ki, bu struktur özünü doğrultmadı, yuxarıların dediklərini aşağılar yerinə yetirə bilmədilər. Xüsusilə korrupsiya halları üzərinə diqqət çəkən cənab Prezident qeyd etdi ki, belə hallar yerlərdə icra hakimiyyətlərinin mövqeyinə mənfi təsir göstərir. Biz artıq regionda yaranmış yeni reallıqlarla ayaqlaşırıq. Ümid edirik ki, bölgələrə xüsusi nümayəndələrin təyin olunması, yarana biləcək bütün mənfi halları aradan qaldıracaqdır.
Gənclər bir cəmiyyətin təkanverici qüvvəsi, bir ölkənin lokomativdir. Ölkə başçısının gənclərə olan diqqəti, qayğısı, inamı onları ruhlandırır və daha böyük naliyyətlərə sövq edir. Xüsusilə, son zamanlar gənclərin rəhbər vəzifələrə təyin olunması onlar üçün böyük stimuldur. Beləliklə, Azərbaycanda aparılan uğurlu gənclər siyasəti mexanizmi daha yaxşı nəticə verir, aparılan bu siyasətdən həm gənclər faydalanır, həm də gənclərin potensialından dövlətin mənafeyi naminə istifadə olunur.
Suraxanı Rayon Gənclər və İdman
İdarəsinin əməkdaşı Rəşid Heydərov