Bu həftə Seçicilər Kollegiyası ABŞ-da prezident seçkiləri ətrafında yaşanan intriqalara son qoydu: Co Baydenin qələbəsini təsdiqlədi. Bundan əvvəl isə bir qrup demokrat senator Co Baydendən andiçmə mərasimindən sonra ABŞ-ın Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar siyasətini tənzimləməsini və ATƏT-in Minsk qrupunun himayəsi altında Qarabağın statusu ilə bağlı danışıqlara qoşulmasını istəmişdi.
Amerikalı publisist, ABŞ-ın Redford Universitetinin professoru, Ceymstaun Fondunun eksperti Qriqori İoffes yeni prezidentin dövründə Vaşinqtonun Cənubi Qafqaz regionu və Qarabağ məsələsində siyasəti ilə bağlı şərh verib.
Onun sözlərinə görə ATƏT-in Minsk Qrupu bütövlükdə özünü heç bir şəkildə doğrultmayıb və Rusiya həll yolu ilə təkbaşına məşğul olub.
Ekspert demokratların hakimiyyəti dövründə Türkiyə-ABŞ münasibətlərinə də toxunub. Onun sözlərinə görə, bu əlaqələrin istiləşəcəyi gözlənilmir.
“Türkiyə NATO üzvü olsa da, Vaşinqton ilə Ankara arasındakı münasibətlərin daha da soyuması mümkündür”, – deyə o vurğulayıb.
Diasporpress az