Ölkə

Yeni ilin ilk günü hava dumanlı olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Yeni ilin ilk günü hava dumanlı olacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 5-8° isti, gündüz  10-14° isti, Bakıda  gecə 5-7° isti, gündüz  11-13° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 761 mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət  70-80% olacaq.

Yanvarın 1-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında Daşkəsən-Gədəbəy zonasında yağıntılı olacağı ehtimalı var.  Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 2-7° isti, gündüz  9-14°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-7° isti olacaq.

 

DiasporPress.az