2020-ci ildə Elektron Səhiyyə sistemində ilk doğulan körpə kimi qeydiyyata düşən uşaq, 4 nömrəli Doğum Evində qeydə alınıb.
Bu barədə DiasporPress.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Bildirilir ki, saat 00:48-də Ucar rayon Qazıqumlaq kənd sakini Rəşidə Qarayeva qız uşağı dünyaya gətirib. Körpənin çəkisi 2,7 kq, boyu 50 sm-dir.
DiasporPress.az