31 dekabr-1 yanvar tarixlərində 13 nəfər pirotexniki vasitələrdən xəsarət alaraq Təcili Tibbi Yardıma müraciət edib.
Bu barədə Diasporpress.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Bildirilir ki, onlardan 8 nəfər xəstəxanalara yerləşdirilib. Xəsarət alan 4 nəfərə yerində yardım göstərilib, daha 1 nəfərə isə məsləhət verilib.
Diasporpress.az