Yəməndə ölkənin beynəlxalq müstəvidə tanınan hökumətinin Müdafiə naziri Məhəmməd Əli əl-Makdaşiyə sui-qəsd təşkil olunub.
Mk.ru-nun məlumatına görə, nazirin avtomobil korteji minaya düşüb.
Məhəmməd Əli əl-Makdaşini müşayiət edən şəxslər arasında ölən və yaralananların olduğu qeyd edilir.
Nazir isə hadisə zamanı xəsarət almayıb. Sui-qəsd zamanı o, şərq cəbhəsi istiqamətində hərəkət edib.
DiasporPress.az