“Yeganə” şadlıq sarayının sahibindən 52 min manat alan şəxsin şikayəti təmin edilməyib

Bakı Apelyasiya Məhkəməsində dələduzluq və rüşvətdə təqsirli bilinən Elnur Babayevin şikayətinə baxılıb.

“Yeganə” şadlıq sarayının sahibindən 52 min manat alan şəxsin şikayəti təmin edilməyibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apelyasiya Məhkəməsində dələduzluq və rüşvətdə təqsirli bilinən Elnur Babayevin şikayətinə baxılıb.

DiasporPress.az xəbərinə görə, hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, E.Babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, külli-miqdarda dələduzluqda və rüşvət alma cinayətində iştirakçılıqda təqsirli bilinib.

İttihama əsasən, Səbail Rayon Polis İdarəsinin müstəntiqinin qeyri-rəsmi köməkçisi E.Babayev iş adamı, “Yeganə” şadlıq sarayının rəhbəri Akif Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alıb.

E.Babayev iş adamına bildirib ki, oğlunun törətdiyi qəza zamanı dünyasını dəyişən qadının sərxoş olması ilə bağlı ekspertiza rəyi alacaq. Həmçinin o, Səbail Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov vasitəsi ilə işi A.Rəhimovun oğlunun xeyrinə həll edəcəyini vəd edib. E.Babayev 10 min manatı ekspertiza rəyi, 42500 manatı isə həm onların xeyrinə danışacaq şahidlərin tapılmasına, həm də qəzanın R.Rəhimovun deyil, onların sürücüsünün adına rəsmiləşdirilməsini həll edəcəyinə söz verib. Lakin o verdiyi vədə əməl etməyib. Hadisə ictimailəşdiriləndən sonra müstəntiq V.Abbasov işdən çıxarılıb.

Xatırladaq ki, A.Rəhimovun oğlu R.Rəhimov 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən, 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Hadisədən sonra Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov olay yerinə gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən 20 gün sonra R.Rəhimov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib və o, azadlığa buraxılıb.

Xatırladaq ki, qəzada ölən K.Ələkbərova şəhid Elton Ələkbərovun qızıdır.

 

DiasporPress.az