Yaponiya hökuməti ölkə sakinlərinin yeni növ koronavirusa qarşı vaksinasiyasına gələn həftənin ortalarından başlanmasıyla bağlı qərar verib.
Bu barədə Yaponiyanın Baş naziri Yosihide Suqa bildirib.
Yaponiyada peyvəndləmənin bir neçə mərhələdə aparılacağı gözlənilir. Vaksinasiya ilk növbədə təxminən 4 milyon tibb və sosial işçini əhatə edəcək. İkinci mərhələdə 65 yaşdan yuxarı təxminən 36 milyon insan aşılanacaq. Ardından kampaniya xroniki xəstəlikləri olan 8,2 milyon sakinə qədər uzanacaq və yalnız mayda digər kateqoriyalı vətəndaşlar peyvənd oluna biləcəklər.
Yaponiya “Pfizer”, “AstraZeneca” və “Moderna” ilə COVID-19-a qarşı peyvəndlərin tədarükü üzrə müqavilələr imzalayıb.
Diasporpress.az