Yaponiyada ailə daxili zorakılıq halları 2020-ci ildə 2019-cu maliyyə ili ilə müqayisədə 60 faiz artaraq 190 min hadisəni keçib.
Bu barədə Yaponiyanın Nazirlər Kabineti 2020-ci ilin martından 2021-ci ilin martınadək olan dövrlə bağlı hesabatında bildirib.
Məlumata görə, ötən maliyyə ilində 70 754 hadisə ailə daxili zorakılıq olub. Hesabat ilində isə bu rəqəm 19 030-dək artıb.
Koronavirusa görə ailə üzvlərinin evdə daha çox vaxt keçirmələri artımın başlıca səbəblərindən biri olaraq göstərilir.
Diasporpress.az