Diaspor

Yaponiya portalı Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi barədə məlumat yayıb

Yaponiya portalı Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi barədə məlumat yayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi barədə məlumat yayıb.

Yapon və ingilis dilində yayılan məlumatlarda avqustun 2-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin rəsmi açılış mərasiminin keçirildiyi qeyd edilib. Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondu tərəfindən təşkil olunan düşərgədə dünyanın əlli ölkəsindən 115 gəncin iştirak etdiyi vurğulanıb.

Məlumatlarda Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Sərəncamı çərçivəsində həyata keçirilən layihənin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və ölkəmizlə daha yaxından tanış etmək məqsədinə xidmət etdiyi xüsusi qeyd olunub.

Bildirilib ki, avqustun 8-dək davam edəcək düşərgə müddətində gənclər tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla əlaqələrini daha da möhkəmləndirmək, ölkəmizi uğurla təmsil etmək, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanı əldə edəcəklər.

Düşərgə iştirakçılarının Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanış olacağı, müqəddəs məkanları ziyarət edəcəyi, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşəcəyi də bildirilir.