İnformativ Mərkəz

Yaponiya ictimaiyyətinə Qurtuluş günündən danışılıb

Yaponiya ictimaiyyətinə Qurtuluş günündən danışılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın “YouTube” kanalında yayımlanan “Sərhədləri aşanlar 3.0” proqramının xüsusi buraxılışı 15 iyun – Azərbaycanın Milli Qurtuluş gününə həsr olunub.

 

Proqramın aparıcısı Kazuyasu İşida ölkəmiz barədə ətraflı məlumat verib və xalqımızın müstəqil dövlətçilik tarixinin ən çətin məqamında dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə və beynəlxalq aləmdə böyük nüfuza malik Heydər Əliyevin xilaskarlıq missiyasını yerinə yetirdiyinə diqqəti cəlb edib. Öncə Milli Məclisin sədri vəzifəsinə dəvət edilən, bir neçə aydan sonra  ümumxalq dəstəyi nəticəsində prezident seçilən böyük öndərin vətəndaş müharibəsinin qarşısını aldığı, işğalçı Ermənistanla atəşkəs imzalanmasına nail olduğu, “Əsrin müqaviləsi” kimi nəhəng beynəlxalq enerji layihələrinin əsasını qoyduğu və digər misilsiz xidmətləri həyata keçirdiyi nəzərə çatdırılıb.

 

2020-ci ilin Azərbaycan üçün uğurlu il olduğu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın Ermənistanın işğalından azad edildyi və ərazi bütövlüyümüzün bərpasına nail olunduğu, həmin bölgədə aparılan yenidənqurma və bərpa işləri ilə bağlı layihələrdə Yaponiya şirkətlərinin də iştirak etdiyi, “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının TAP boru kəməri vasitəsilə Türkiyə, Yunanıstan, İtaliya və Bolqarıstana nəql olunmağa başladığı vurğulanıb.

 

Azərbaycanın həmişə Yaponiyaya dost münasibət bəslədiyi, 2017-ci ildə Bakıda “Yapon qida məhsulları sərgisi” təşkil edildiyi və bunun iki ölkə arasında əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olduğu qeyd edilib.