YAP-da Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasında 18 oktyabr Müstəqillik Gününə həsr olunan gənc memarların yaradıcılıq sərgisi keçirilib. 

YAP-da Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Yeni Azərbaycan Partiyasında 18 oktyabr Müstəqillik Gününə həsr olunan gənc memarların yaradıcılıq sərgisi keçirilib.

DiasporPress.az xəbərinə görə, sərgidə YAP-ın icra katibinin müavini Siyavuş Novruzov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Milli Məclisin deputatlar, partiya üzvləri, tələbələr və digər şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov öncə Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib: “Azərbaycan bu gün müstəqil dövlətdir. Müstəqilliyin qorunub saxlanılması Azərbaycan dövləti üçün şərəfdir. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı olmasaydı, bəlkə də biz müstəqil dövlət ola bilməyəcəkdik. Bu gün ölkə başçısı tərəfindən uğurlu siyasət aparılır. Xalqımızın maraqları hər zaman ölkə başçısı tərəfindən qorunur və dəstəklənir. Bu gün dünyada 3000-dən artıq xalq var. Onların yalnız 200-ün müstəqil dövləti var. 28 ildir, müstəqillik qazanan Azərbaycan xalqının dövləti Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə idarə olunur”.

O qeyd edib ki, Azərbaycan regionda aparıcı dövlətlərdən biridir: “Ölkədə mütəmadi olaraq yeniliklərin icra olunduğunun şahidi oluruq. Bununla da müstəqil Azərbaycan dövlətinin sükanının etibarlı əllərdə olduğunu demək olar. Əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır”.

Daha sonra isə çıxış edən Havar Məmmədov bu kimi sərgilərin təşkilinin gənclərə böyük stimul olduğunu vurğulayıb: “Bu gün ölkədə savadlı gənc memarlara ehtiyac var. Bizim universitetdə son illərdə memarlıq sahəsində ciddi addımlar atılıb”.

Sərgidə Bakı Mühəndislik Universitetinin  Memarlıq və dizayn kafedrasının I kurs tələbələrinin 40-a yaxın əl işi nümayiş olunub.

 

DiasporPress.az