Piratlar Benin sahilləri yaxınlığında Norvec gəmisinə hücum edib və heyətin 9 üzvünü oğurlayıb.
Bu barədə məlumat “JJ Ugland” gəmiçilik şirkətinin saytında yerləşdirilib.
“Bonita” gips daşıyırmış. Gəmi limanda dayandığı zaman piratlar ona hücum ediblər.
Cinayətkarlar 9 nəfəri qandallayaraq naməlum istiqamətdə aparıblar.
Dənizçılər Kotonu limanının rəhbərliyini hadisə haqqında məlumatlandırıblar. Piratların axtarışı üzrə tədbirlər həyata keçirilir.
DiasporPress.az