“Tarixi faktlar, sənədlər sübut edir ki, ermənilərin kütləvi şəkildə məhv edilməsi halları cəfəngiyatdan başqa bir şey deyil. Bir çox alimlərin araşdırmalarında da bu nəticə aydın olur”.
Diasporpress.az-ın xəbərinə görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Milli Məclis sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, Anadolu və Cənubi Qafqaz ərazisində ermənilər tərəfindən soyqırım əməlləri həyata keçirilib: “Əslində soyqırım baş verib. Bunun müəllifləri ermənilər, qurbanları isə türklər, azərbaycanlılar və digərləri olub. Düşünürəm ki, Xocalı soyqırımı kimi fakta göz yumanların saxta “soyqırımı” iddaları səsləndirməsi təəssüf doğurur. Avropa İnsan Hüquqları Məhkəməsi təsdiq edib ki, “erməni soyqırımı”ifadəsi tarixi fakt deyil, sadəcə fikirdir”.
S.Qafarova bildirib ki, Azərbaycan hər zaman Türkiyənin yanındadır: “Uydurma “erməni soyqırımı” üzərindən Türkiyəyə qarşı yönələn kampaniyada da ölkəmiz Türkiyənin yanındadır”.
Diasporpress.az