Diaspor

“Xocalı soyqırımı xaricilərin gözü ilə” mövzusunda müzakirələr aparılıb

“Xocalı soyqırımı xaricilərin gözü ilə” mövzusunda müzakirələr aparılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan Diaspor Gəncləri şəbəkəsinin təşkilatçılığı ilə “Xocalı faciəsi xaricilərin gözü ilə” mövzusunda videokonfrans keçirilib.
Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının sədr müavini Nərgiz Pənahlının moderatorluğu ilə aparılan tədbirdə “Azərbaycanın gənc dostları” klubunun üzvü, Estoniya Maritime Akademiyasının tələbəsi İrina Kovzanoviç, siyasi analitik və tarixçi Patrik Volş, ictimai hüquq üzrə fəlsəfə doktoru Yusuf Siyret Aktan, Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının təsisçisi Qayser Navab, amerikalı gənc fəal Met Qarnet iştirak ediblər.
Soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə moderator Nərgiz Pənahlı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı alayın hərbçilərinin köməyi ilə Xocalı şəhərində dinc azərbaycanlılara qarşı dəhşətli kütləvi qırğın törətməsi barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Q.Navab, P.Volş, İ.Kovzanoviç, Y.S.Aktan və M.Qarnet Xocalı faciəsinə görə xalqımıza dərin hüznlə başsağlığı ifadə ediblər, bu acını xalqımızla birlikdə hiss etdiklərini, “Xocalıya ədalət” tələbini dəstəklədiklərini, bu cinayəti törədənlərin ədalət məhkəməsi qarşısında cavab vermələrinin vacibliyini bildiriblər.
“Xocalı soyqırımı haqqında Çingiz Mustafayevin çəkdiyi videolara baxmışam. O görüntülər inanılmaz dərəcədə dəhşətli idi. Bu həqiqətən də soyqırım idi, çünki 613 nəfər insan qəddarcasına qətlə yetirilmişdi və onların hər biri etnik azərbaycanlılar idi. Bu, insanların unutmalı olduğu bir hadisə deyil. Bu haqda məktəblərdə və hər yerdə danışılmalıdır”, – deyə M.Qarnet vurğulayıb.
Qeyd edilib ki, Zori Balayanın Xocalı soyqırımı ilə bağlı etirafı dünyanı narahat etməlidir, cünki qəddar əməlləri vətənpərvərliklə əlaqələndirmək pataloji haldır. Ermənistanın indiyədək Xocalı soyqırımı ilə bağlı qanuni məsuliyyəti qəbul etməməsi və dünya birliyinin buna susması tənqid edilib. Bildirilib ki, Ermənistana bu məsuliyyəti qəbul etdirmək üçün Birləşmiş Millətlər Təşkilatı və siyasətçilər hərəkətə keçməlidirlər.

 

BÜNYAMİN ÇİNGİZOĞLU

Diasporpress.az