Ölkə

Xocalı parkında işlər yekunlaşır

Xocalı parkında işlər yekunlaşırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

20-ci əsrin ən dəhşətli faciəsilərindən biri olan Xocalı soyqırımından 29 il ötür. Soyqırımının növbəti ildönümü ilə bağlı “Ana Fəryadı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri davam edir.

Ərazidə olan Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov bildirib ki, 26 fevral ərəfəsində ərazidə təmizlik-abadlıq işləri görülür: “Burada dekorativ ağac və gül kolları əkilir, həmişə olduğu kimi bu il də Xocalı prospekti boyu binaların fasadlarına, hasarlara soyqırımına aid bannerlər vurulub. İşıq sistemləri yoxlanılır və çatışmazlıqlar aradan qaldırılır”.

Qeyd edək ki, Xocalı soyqırımını təcəssüm etdirən “Ana Fəryadı” abidə kompleksi 1993-cü ildə ucaldılıb. 1992-ci il fevralın 26-da qətlə yetirilmiş 613 şəhidin adları qranit lövhələr üzərinə həkk olunub.

 

Diasporpress.az