Ötən gün piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DiasporPress.az xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Xızı rayonunun Giləzikənd ərazisində qeydə alınıb.
Belə ki, sözügedən ərazinin 72-ci km-də 1985-ci il təvəllüdlü Neftçala rayon sakini Əhmədov Vüsal Cəfər oğlu Bakı istiqamətində idarə etdiyi “Hyundai” markalı, 90 HX 047 nömrəli avtomaşınla yolu keçmək istəyən piyada 1971-ci il təvəllüdlü Xızı rayon sakini Abbasov Ceyhun Ülfət oğlunu vurub.
C.Abbasov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
DiasporPress.az