Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən OnlinePres.Az-a verilən məlumata görə, yeraltı təkanlar bu gün qeydə alınıb.
Yerli vaxtla saat 14:29-da baş verən zəlzələ 3,2 bal gücündə olub.
İlkin məlumata görə, zəlzələnin ocağı 9 kilometr dərinlikdə yerləşib.