Ölkə

Xankəndidə yalnız hərbi obyektləri vurduq – Prezident

Xankəndidə yalnız hərbi obyektləri vurduq – Prezidentbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bu, Ermənistan tərəfindən törədilən ilk müharibə cinayətləri deyil. Onlar Birinci Qarabağ müharibəsində də müharibə cinayətləri törədiblər. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə bildilər.

Bi barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransdakı çıxışında bildirib.

Prezident qeyd edib ki, ermənilər günahsız mülki insanları yandırırdılar, öldürürdülər:

“Bir çox kənd erməni barbarlığının qurbanı olub. İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalayıblar, hər gün artilleriya atəşinə tutublar. Tərtər balaca şəhərdir, ora 16 min bomba atılıb, onlar hətta qəbiristanlıqda olan mərasimə də bomba atıblar. Onlar Bərdəni bombalayıblar. Onlar Naftalana bomba ataraq beş nəfərlik ailəni qətlə yetiriblər. Onlar elə güman edirdilər ki, bizim şəhərlərimizə və kəndlərimizə hücum etməklə bizi dayandıra biləcəklər. Biz eynisini etmədik. Biz heç bir kəndi və ya şəhəri vurmadıq, yalnız Xankəndidəki hərbi obyektləri vurduq.

Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Bu, bir dəfə olmadı, bir neçə dəfə baş verdi. Onlar bundan sonra nə etdilər? Dedilər ki, bu, onlar deyil. Ermənistan rəsmiləri bildirdilər ki, bunları edən ermənilər deyil. Onda kim bunu etdi? Kim? Biz özümüz? Siz yəqin bilirsiniz ki, onlar Xocalı soyqırımının günahını da bizim üzərimizə atmaq istəyirdilər. Onlar belə hekayələr uydurur, beynəlxalq ictimaiyyəti inandırmağa çalışırdılar ki, azərbaycanlılar özləri günahsız insanları qətlə yetiriblər. Onlar “Toçka U” və “Elbrus” raketləri ilə də eynisini etdilər”.

 

 

Diasporpress.az