Xalq artisti xəstəxanaya yerləşdirilib: Səhhəti ilə bağlı açıqlama – VİDEO

Xalq artisti Canəli Əkbərovun yenidən xəstəxanaya yerləşdirilməsi məsələsinə aydınlıq gətirilib.

Xalq artisti xəstəxanaya yerləşdirilib: Səhhəti ilə bağlı açıqlama – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Canəli Əkbərovun yenidən xəstəxanaya yerləşdirilməsi məsələsinə aydınlıq gətirilib.

Xalq artistinin qızı Sevinc xanım Oxu.Az-a açıqlamasında atasının səhhətinin yaxşı olduğunu bildirib:

“Hazırda atamın vəziyyəti çox yaxşıdır. Ayaqlarında bir az problem var idi. Amma indi yaxşıdır. On günlük müalicə alması lazım olduğuna görə xəstəxanadadır. Sabah çıxacaq”.

Xatırladaq ki, Əməkdar artist Babək Niftəliyev “Instagram” səhifəsində Xalq artistinin Mərkəzi Kliniki Xəstəxanadan olan videosunu paylaşıb.

Qeyd edək ki, bir müddət öncə Xalq artisti gizli insult keçirdiyi üçün ayaqlarında problem yarandığına görə yeriməkdə çətinlik çəkirdi. Onun bütün müalicə xərclərini Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz üzərinə götürüb.

 

DiasporPress.az