Ölkə

Vüsal Quliyev dövlət qurumlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasında ictimai şuraların rolunu qeyd edib

Vüsal Quliyev dövlət qurumlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasında ictimai şuraların rolunu qeyd edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vüsal Quliyev dövlət qurumlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasında ictimai şuraların rolunu qeyd edib

QHT-dövlət münasibətlərinə həsr olunmuş növbəti Respublika zona konfransı Qəbələdə keçirilib.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev konfransda çıxış edərək, müasir dövrdə qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prossesinin vacib institutlarından birinə çevrildiyini vurğulayıb.

 

O, dövlət orqanları ilə QHT sektorunun bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığının vətəndaş cəmiyyətinin inkişafı, ictimai iştirakçılığın təmin olunması, habelə milli maraqların qorunması üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. V.Quliyev QHT-dövlət münasibətlərində yeni mərhələnin başladığını bildirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə yeni yaradılmış Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinə və qarşısına qoyulmuş vəzifələrə diqqəti çəkib.

 

Səmərəli ictimai nəzarət mexanizmlərinin inkişaf etdirilməsinə toxunan V.Quliyev dövlət qurumlarının fəaliyyətində məhsuldarlığın, eləcə də şəffaflığın və hesabatlılığın artırılmasında ictimai şuraların əhəmiyyətli rolunu qeyd etdi. O, dövlət qurumlarında ictimai şuraların şəffaf və səmərəli fəaliyyətinin genişləndirilməsinin aktuallıq kəsb etdiyini vurğulayaraq, onlara müvafiq dəstəyin göstərilməsinin, eləcə də ictimai şuraların fəaliyyəti nəticəsində əldə olunan nəticələrin ümumiləşdirilməsini və ictimaiyyətə təqdim olunmasının zəruriliyini bildirdi.