“ALL WELL” şirkətinin rəhbəri Vüsal Bayramov 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
İnterpress.az xəbər verir ki, təbrikdə deyilir:
“Azərbaycanımızın tarixi zəfərindən iki il ötür. Bu müqəddəs gün münasibətilə “ALL WELL” şirkəti olaraq xalqımızı və soydaşlarımızı təbrik edirik. Eyni zamanda, qardaş Türkiyədə və dünyanın bütün nöqtələrində yaşayan soydaşlarımıza təbriklərimizi çatdırırıq.
İki il əvvəl bizə bu sevinci Müzəffər Ali Baş Komandanımız yaşatdı və bu elə bir sevincdir ki, hər il deyil, hər gün, hər dəqiqə, hər saniyə yaşanır. Biz bu sevinci iki ildir ki, hər an yaşayırıq. Düşmənə məğlubiyyət dərsi keçməklə öz gücümüzü dünyaya nümayiş etdirmiş olduq. Bizə başıuca, alnıaçıq və dik gəzməyi nəsib edən Prezidentimizə, ordumuza, şəhid və qazilərimizə borcluyuq.
Dövlətimizə və ordumuza daha da güclü və qüdrətli olmağı arzulayıram. Zəfərimiz, qələbə dolu günlərimiz bol olsun həmişə!”.