7NEWS.az xəbər verir ki, gənc və istedadlı müğənnilər Vüsal Adilhan və Ləmanın birgə ərsəyə gətirdiyi “Məni bağışla” mahnısına çəkilən klip geniş auditoiyaya təqdim edilib. Mahnının sözləri Vahid Qafarzadəyə, müsiqisi və bəstəsi isə Vüsal Adilhana məxsusdur. Yeni klip dinləyicələr arasında böyük marağa səbəb olub və izlənməsi surətlə artmaqdadır. Məlumat üçün qeyd edək ki, 23 yaşlı Vüsal Adilhan gənc olmasına baxmayaraq sənətdə ciddi uğurlara imza atmağı bacarıb. İstedadlı müğənni Ləman Əzimova isə Azərbaycan bəstəkarı, dirijor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimiNadir Əzimovun qızıdır.
Məlumat üçün qeyd edək ki, bu yaxınlarda gənc ifaçısının repertuarında səslənən “Gəl” mahnısı da geniş auditoriyaya təqdim ediləcəkdir.
7NEWS.az “Məni bağışla” mahnısına çəkilən klipi təqdim edir: