Ölkə

Volvo Cars – 47.150 avtomobil satışı (R)

Volvo Cars – 47.150 avtomobil satışı (R)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Volvo Cars” şirkəti aprel ayında 47.150 avtomobil satıldığı barədə məlumat verib. “Recharge” modeli satışları isə 2021-ci ilin eyni ayı ilə müqayisədə 18,7 faiz artaraq ümumi satışların 38,4 faizinə bərabər olmuşdur. Tam elektrikli avtomobillərinin payı 10 faiz olaraq qalmışdır.

Yanvar-aprel dövrü ərzində “Volvo Cars” şirkətinin satışları keçən ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalaraq 195.445 avtomobil təşkil etmişdir.

Qlobal satışlara nəzər yetirdikdə, aprel ayında Avropa üzrə satışlar keçən ilin eyni ayı ilə müqayisədə 23,2 faiz, ABŞ üzrə 9.2 faiz azalmışdır.

Ay üzrə Volvonun ən çox satılan modeli 14.952 ədəd ilə XC60 olmuşdur, sonrakı yerlərdə isə 13.876 avtomobil sayı ilə XC40 və 8.208 avtomobil sayı ilə XC90 modelləri gəlir.

“Volvo Cars”-ın Azərbaycan üzrə satış rəhbəri Faiq Ələkbərovunverdiyi məlumata əsasən, region ölkələrindən fərqli olaraq, Azərbaycan bazarında brendin aprel ayı üzrə satış payı ötən ilin eyni dövrü ilə müqayisədə 82.7 faiz artmışdır

“Yanvar ayının 1-dən hibrid avtomobillərinə tətbiq olunan vergi siyasətinə edilən dəyişikliklər təbii ki, Volvo brendinə də təsirsiz ötüşməmişdir. Bu dəyişikliklər nəticəsində, demək olar ki, bütün modellərin qiyməti ən azı 20 000 AZN aşağı düşmüşdür ki, bu da öz növbəsində çox böyük alıcı marağına səbəb olmuşdur.

Qeyd edək ki, İsveçin “Volvo Cars” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi “Scandinavian Auto” QSC-dir.