Daxili İşlər Nazirliyində yeni təyinat olub.
DiasporPress.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə görə, sabiq daxili işlər naziri Ramil Usubovun kiçik oğlu, polkovnik Raul Usubov Qaradağ rayon Polis İdarəsinin Mühafizə İdarəsinə rəis təyin edilib.
Məlumatı DİN-dən təsdiq ediblər.
Qeyd edək ki, Raul Usubov indiyə qədər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində müxtəlif vəzifələrdə çalışıb.
Bildirək ki, bu barədə ilk məlumatı BakuPost.az saytı yayıb.
DiasporPress.az