Azərbaycanın aparıcı ticarət holdinqi – “Veysəloğlu” MMC-nin şirkətlərindən biri ləğv olunur.
DiasporPress.az bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.
Söhbət “V-Trade” MMC-dən gedir. Şirkət “Veysəloğlu”ya qoşularaq ləğv edildiyini, bütün hüquq və öhdəliklərini holdinqə ötürdüyünü bəyan edib.
Xatırladaq ki, hər kommersiya qurumu Bakı şəhəri, Nizami rayonu, 2-ci Eninə küçəsi, ev 2 ünvanında fəaliyyət göstərir.