Orxan Məmmədov, Tohid İbrahimbəyli, Rövşən Əsədov və başqa xainlər sıra ilə oturublar…
Bunlar azərbaycanlı olsalar da, öz milli kimliklərinə tüpürmüş, xalqını satmış, dövlətinə qənim kəsilmiş terrorçulardır.
Azərbaycan dövlətini təhdid edən, şəhidlərimiz haqqında təhqirlər yazdıran və Ermənistana açıq dəstək verən bu agentlər İranda yaşayırlar və elə bu tədbirdə də fəxri qonaq qismində iştirak edirlər.
“Facebook”da Azərbaycan əleyhinə terror çağırışlar edən “Baba Pünhan” adlı profil də ortada əyləşən eynəkli vətən xaininə – Orxan Məmmədova məxsusdur.
Yəqin ki tezliklə Qərb İranı vuracaq, Tehran tamamilə mühasirəyə alınıb. Zamanında ilk işimiz bu şəxsləri elə orada həbs edib Bakıya gətirmək olmalıdır.
Hər dövlətin də şərəfi olmur.
Azərbaycan dövləti hansısa farsı burada agent kimi himayə edib, ona sosial şəbəkələrdə platforma verib İran dövlətini söydürərmi? Əsla! Amma İran bunu edir.
Deməli, bizim dövlətimizi İrandan fərqləndirən başqa bir nəsnə də var… Adını yuxarıda çəkdik.
Samir Feyruzov