Ölkə

Venesuelalı naziri Qoşulmama Hərəkatı Gənclər Təşkilatının nümayəndələri ilə görüşüb – FOTO

Venesuelalı naziri Qoşulmama Hərəkatı Gənclər Təşkilatının nümayəndələri ilə görüşüb – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 29-da Azərbaycanda səfərdə olan Venesuela Bolivar Respublikasının gənclər və idman naziri cənab Mervin Maldonadonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) nümayəndələri arasında görüş keçirilib.

Diasporpress.az xəbər verir ki, Gənclər Təşkilatlarının Resurs Mərkəzində baş tutan görüşdə QHGT-nin sədri Orduxan Qəhrəmanzadə Resurs Mərkəzində gənclər təşkilatları üçün yaradılan şəraitlə qonaqları tanış etmişdir.

Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteranın iştirakı ilə keçirilən ikitərəfli görüşdə qonaqlara QHGT-nin strukturu və missiyası barədə məlumat verilmişdir. Görüş zamanı ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək tədbirlər müzakirə olunmuşdur.

Görüşdə QHGT-nin fəaliyyətinin digər Cənubi Amerika ölkələrində genişlənməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. QHGT-nin Venesuela Milli Bölməsinin regionda fəaliyyətinin stimullaşdırılması, habelə yeni əməkdaşlıq formatlarının yaradılmasına verdiyi təkan da xüsusilə vurğulanmışdır.

Venesuelanın gənclər və idman naziri cənab Mervin Maldonado QHGT-nin sədrinə xatirə hədiyyəsi təqdim edərək QHGT-nin Qoşulmama Hərəkatı gənclərinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirdiyini söyləmişdir. Görüşün sonunda xatirə fotosu çəkilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 25-26 oktyabr 2019-cu ildə Bakıda keçirilən Zirvə Görüşünün mühüm qərarlarından biri olan Gənclər Şəbəkəsi Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış vacib addımlardan biridir. 2021-ci ilin 4 oktyabr tarixində virtual formatda keçirilmiş təsis iclası ilə əsası qoyulan Şəbəkə 2022-ci ilin 29 iyul tarixində Şuşa Akkordu ilə Təşkilata çevrilmişdir. Təşkilat hal-hazırda QH üzv ölkələrində gənclərin şəxsi inkişafı və mədəniyyətlərarası dialoquna təkan verən bir platforma olaraq geniş spektrli fəaliyyətlər icra etməkdədir.