Azərbaycan Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində növbəti ixtisasartırma təlimləri keçirilib.
Bu barədə Kollegiyadan məlumat verilib.
Vəkillər Kollegiyasının üzvləri Asif Mustafayev aprelin 12-də “Uşaqların onlayn cinsi istismarı və kibercinayətinə qarşı mübarizə” mövzusu üzrə, Vüsal Kazımzadə aprelin 17-də “Müflisolmanın hüquqi əsasları və təcrübə” mövzusu üzrə, Lalə Nağıyeva aprelin 20-də “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı” mövzusu üzrə və Fərid Həsənov aprel 28-də “Qəsdin əmələ psixoloji münasibətdə növü, formaları, tövsif zamanı müəyyən edilmə əsasları” mövzusu üzrə keçirilmiş təlimlərdə təlimçi qismində iştirak ediblər.
Ümumilikdə, təlimlərdə 175 nəfər vəkil iştirak edib.