Vaşinqtondakı etiraz aksiyalarında 300-dən çox adam həbs olunub

Vaşinqtondakı etiraz aksiyalarında 300-dən çox adam həbs olunubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə etiraz olaraq Vaşinqtonda keçirilən aksiyada 300-dən çox iğtişaşçı polis tərəfindən həbs edilib.

“RİA Novosti” xəbər verir ki, bunu paytaxtın Polis İdarəsinin rəisi Peter Nyuşem deyib.

O, həbslərə səbəb kimi iğtişaşçıların komendant saatı qaydalarını pozmasını və qarətləri göstərib.

Polis rəisi əlavə edib ki, etiraz aksiyalarının yatırılması zamanı iki polis əməkdaşı yaralanıb.

Qeyd edək ki, ABŞ-ın bir çox ştatlarında dörd gündür etiraz aksiyaları davam edir. Hadisə ilə bağlı artıq dörd polis işdən çıxarılıb, onlardan biri saxlanılıb.

 

DiasporPress.az