Ölkə

Vaqif Mustafayevin mülkləri müsadirə olunur? – Ciddi maliyyə pozuntuları aşkarlandı

Vaqif Mustafayevin mülkləri müsadirə olunur? – Ciddi maliyyə pozuntuları aşkarlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquq mühafizə orqanları tərəfindən aparılan yoxlamalar zamanı “Space” TV-nin sabiq rəhbəri Vaqif Mustafayevin fəaliyyəti dövrünə aid ciddi maliyyə pozuntuları aşkarlanıb.

Bu barədə məlumat daxil olub.

Bildirilib ki, hazırda Vaqif Mustafayevin fəaliyyəti araşdırılır, əmlaklarının müsadirə olunması gözlənilir.

Araşdırma zamanı məlum olub ki, Vaqif Mustafayevin fəaliyyəti dövründə telekanalın dövlətə, həmçinin “Azərikosmos” ASC-yə külli miqdarda borcu yaranıb.

Eyni zamanda şirkətdə çalışmış işçilərin əməkhaqları illərlə verilməyib, onların hüquqları kobud şəkildə tapdalanıb, bütün bunlar isə televiziyanın fəaliyyətində ciddi problemlərə və axsamalara səbəb olub.

Digər məlumata görə, “Space” TV-nin indiki rəhbərliyi bir neçə verilişin gələn həftədən dayandırılmasına qərar verib. Bəzi işçilər ödənişsiz olaraq məzuniyyətə göndəriləcək. Onlara bildirilib ki, Vaqif Mustafayevin əmlakı müsadirə olunaraq satıldıqdan sonra yaranmış əməkhaqqı borcu işçilərə ödəniləcək.