“Rayonlarda örüş yerləri yerli əhalidən alınıb, kənar adamlara verilir. Buna son qoyulmalıdır”.
DiasporPress.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.
O bildirib ki, örüş yerlərini ələ keçirən şəxslərin arxasında məmurlar dayanır.
“Bu yaxınlarda Qubada örüş yerləri ilə bağlı ciddi narazılıq yaranmışdı. Biz çox çətinliklə həmin etirazı yatızdırdıq”, – deyə V.Əhmədov əlavə edib.
Millət vəkili təklif edib ki, Baş nazir Əli Əsədov örüş yerləri ilə bağlı qərar imzalasın.
DiasporPress.az