Ölkə

Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi – VİDEO

Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ASAN Radio” işğaldan azad olunan Şuşada səslənən ilk Azərbaycan radiosu olub.

Bu barədə “ASAN Xidmət” məlumat yayıb.

Şuşa şəhəri 28 il sonra 8 noyabr 2020-ci il tarixində işğaldan azad olunub.

Operativ məlumat dalğası – “ASAN Radio” Azərbaycanda 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. Radionu asanradio.az saytından və mobil tətbiqlərdən dinləmək olar.

“ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.

Elə həmin ilin dekabrın 24-də yayıma başlayıb. Bu il “ASAN Radio”nun fəaliyyətinin beş ili tamam olur.

Diasporpress.az