Dünya

ÜST MDB dövlətlərinə müraciət etdi

ÜST MDB dövlətlərinə müraciət etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası kontekstində miqrant və qaçqınların peyvəndlənməsinin təmin olunmasının vacibliyini qeyd edib.

Bunu ÜST-ün Avropa Bürosunun direktoru Hans Kluge MDB (Müstəqil Dövlətlər Birliyi) Parlamentlərarası Assambleyasının 52-ci plenar iclasında bildirib.

Klugenin sözlərinə görə, Avropa regionunda dinc beynəlxalq miqrantların 35% -i yaşayır və 2019-cu ildə onlar ümumi əhalinin 10%-dən çoxunu təşkil edib.

O, təşkilatın miqrant və qaçqınlara yardım göstərilməsində MDB ilə əməkdaşlıq etməsini gözlədiyini vurğulayıb:

“Bu il MDB üçün siyasət tədbirlərini nəzərdən keçirmək və ortaq prinsipləri razılaşdırmaq üçün ölkələrarası iclas təşkil etməyi planlaşdırırıq”.

 

Diasporpress.az