“Dünya əhalisinin 10 faizindən azında koronavirusa qarşı anticisimlər yaranıb”.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş elmi işçisi Sumya Svaminatan bildirib.
ÜST rəsmisi qeyd edib ki, qurum dünyanın bir sıra şəhərlərində koronavirus ocaqlarını təhlil edən araşdırmaları diqqətlə izləyir. Araşdırmalar onu göstərir ki, şəhər əhalisinin yarısından çoxunun koronavirusa qarşı anticisimlərə sahib olması belə kollektiv immunitetin formalaşmasına imkan vermir.
S.Svaminatan bildirib ki, bu səpkidə təxminən 500 araşdırma aparılıb.
“Dünya miqyasında kollektiv immunitetə sahib olmağın yeganə yolu kütləvi vaksinasiyadır”, – deyə S.Svaminatan qeyd edib.
BÜNYAMİN ÇİNGİZOĞLU
Diasporpress.az