ÜST-dən dünya dövlətlərinə ÇAĞIRIŞ

ÜST-dən dünya dövlətlərinə ÇAĞIRIŞbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Koronavirusla mübarizə üçün qlobal layihə “ACT-Accelerator”un 22,1 milyard dollar məbləğində maliyyə xərclərinə ehtiyacı var.

“RİA Novosti” xəbər verir ki, bunu ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreisus deyib.

Onun sözlərinə görə, təşkilat 2021-ci il layihə üçün yeni strategiya və büdcə dərc edib.

“Hazırda “ACT-Accelerator”a 11 milyard dollar ayrılıb, lakin 22,1 milyard dollarlıq maliyyə boşluğu ilə qarşılaşırıq… Ölkələri qlobal bərpa üçün “ACT-Accelerator”u tam maliyyələşdirməyə çağırırıq”, – deyə ÜST rəhbəri brifinqdə bildirib.

 

Diasporpress.az