Universitetlərə qəbul olmayan şəxslərə şad xəbər – TƏLƏSİN

Universitetlərə qəbul olmayan şəxslərə şad xəbər – TƏLƏSİNbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərə müraciət edilib.

“RT Group Academy”nin müraciətində bildirilib ki, az bal toplayan və universitetlərə qəbul ola bilməyən şəxslər üçün yeni şad xəbərlər mövcuddur.

Belə ki, artıq hər kəs hansı universitetə, hansı ixtisasa qəbul olduğunu bilir.

Lakin həyəcandan az bal toplayan, düzgün kodlaşdırma edilmədiyi üçün qəbul ola bilməyən minlərlə gəncimiz var.

Müraciətdə bu şəxslərə heç də məyus olmaması və kədərlənməməsi ünvanlanır. Çünki onlara şad xəbərin olduğu qeyd olunur.

Belə ki, RT Group Academy ilə Türkiyədə təhsil ala bilər.

Akademiya hər bir şəxsib həm attestatla, həm də imtahan nəticəsi ilə Türkiyə universitetlərində tələbə adını qazanmağına birbaşa köməklik göstərir.

Türkiyə universitetlərinə qəbul 2 qaydada aparılır:

1) Attestat nəticəsi ilə
2) Yös nəticəsi ilə

Attestatla qəbulu seçərkən abituriyentin heç bir xüsusi imtahan vermeyinə ehtiyac qalmır. Bir sıra universitetlər var ki, xarici ölkələrin vətəndaşlarına universitet qəbulu vermək üçün onlars attestat kifayət edir.

Buna səbəb isə attestat özü də bir imtahan nəticəsidir. Yəni şagird həqiqətən 11 illik tam orta tehsilini bitirib və attestatı əldə etmək üçün buraxılış imtahanından keçmişdir.

Lakin, bəzi universitetlər də vardır ki , xarici ölkələrin vətəndaşlarına tələbə statusu verə bilmək üçün Yös imtahanı nəticəsi tələb edir.

Bəs nədir Yös imtahanı?

Yös – Yabancı Öğrenci Sınavı. Türkiyə Cümhuriyyətidə bakalavr təhsili almaq üçün qurulmuş bir imtahan sistemidir və sadəcə 2 fənnə (Riyaziyyat , Məntiq) hazırlaşmaq kifayətdir. İmtahanda 80 sual olur. Belə ki, bunlardan 30-35 riyaziyyat, 5-10 həndəsə və 40 məntiq sualları olmaqla bölünmüşdür. İmtahan 2 saat ərzində yekunlaşır.

Keçid balı minimum 40, maksimum 100-dür. Abituriyent 70 üzəri bal topladıqda təqaüd almaq şansı yaranır.

Yös imtahanı üçün 9-10-cu sinfin əvvəlində hazırlığa başlamağı məsləhət görürük.
İmtahanın keçərlilik müddəti 2 ildir. Və son olaraq Yös imtahanına hazırlaşmağın ən üstün cəhəti isə abituriyent universitetə qəbul olmaq üçün 5-6 fəndən deyil, sadəcə 2 fəndən hazırlaşır.

Bu da şagirdləri nə fiziki, nə də mənəvi yükləyib yormur. Bunun nəticəsidir ki, bu imtahana hazırlaşan şagirdlər daha yüksək bal toplayır.

Təhsilinin yarıda qalmasını istəməyən hər bir şəxs xaricdə tələbə olmaq xəyalının gerçəkləşməsini RT Group Academy-ə etibar edə bilər.