Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) məxfi materialları əsasında hazırlanan “Gizli cinayətlər” kitabı çapdan çıxıb.
Diasporpress.az xəbər verir ki kitabda Azərbaycan xüsusi xidmət orqanının müxtəlif vaxtlarda həyata keçirdiyi əməliyyatlar haqda araşdırmalar yer alıb.
Karyera və İşə Hazırlıq Mərkəzinin dəstəyi ilə nəşr olunan kitabın müəllifi İlham Tumas, layihə rəhbəri isə Şahin Sərdarlıdır.
Kitabdakı sənədlər və fotolar ilk dəfə oxuculara təqdim olunur.
“Gizli cinayətlər” kitabı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.