Diaspor

Ukraynada yaşayan soydaşlarımızla virtual görüş keçirilib

Ukraynada yaşayan soydaşlarımızla virtual görüş keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Azərbaycanlıları Radasının təşəbbüsü ilə Qarabağda tarixi qələbəmiz və bundan sonra Azərbaycan diasporunun qarşısında duran vəzifələrlə bağlı videogörüş keçirilib.

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın qələbəsi ilə başa çatması münasibətilə görüş iştirakçılarını təbrik edib. “Yenilməz ordumuzun şücaəti, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində qazanılan möhtəşəm qələbəmiz dünya azərbaycanlılarına böyük sevinc hissi bəxş edib. Qələbə diasporun fəaliyyətini də yeni istiqamətə yönəldir və bizi perspektivlər üzərində düşündürür. Bundan sonra diasporumuzun fəaliyyəti daha çox Qarabağın zəngin tarixi-mədəni irsinin təbliğinə yönələcək”– deyə Komitə sədri bildirib.

Görüş iştirakçıları Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib, qələbəmizin memarlarına, rəşadətli ordumuza və Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd olunub ki, Ukraynada yaşayan azərbaycanlılar Azərbaycanın dövlət siyasətini dəstəkləyir və bundan sonra da dəstəkləməyə davam edəcəklər.

Hikmət Cavadov, Oleq Krapivin, Əbülfəz Qasımov, Eldar Tağıyev, Cəlal Hüseynov, Murad Cəfərov, Vaqif Nağıyev və digər şəxslər çıxış edərək qələbə sevincini bölüşməklə yanaşı, Ukraynadakı diaspor təşkilatlarının yeni dövrdə görəcəyi işlərlə bağlı rəy və təkliflərini səsləndiriblər.

Soydaşlarımız diqqətə çatdırıblar ki, diaspor təşkilatlarının, diaspor üzvlərinin fəallığının yüksəldilməsi, ölkəmizin, xüsusilə Qarabağ bölgəsinin tarixi-mədəni irsinin təbliği üçün əllərindən gələni edəcək, yerli media ilə münasibətlərdə yeni keyfiyyət göstəricilərinə nail olacaq və bu yolda daha sıx birləşəcəklər.

 

Diasporpress.az