Diaspor

Ukraynada Xocalı soyqırımının tanıdılması istiqamətində müraciət edilib

Ukraynada Xocalı soyqırımının tanıdılması istiqamətində müraciət edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov və Ukrayna Ali Radasının deputatı, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupunun sədr müavini Lyudmila Marçenko Ukrayna Ali Məclisinin sədri Dmitri Razumkov və xarici işlər naziri Dmitri Kulebaya Xocalı soyqırımının tanınması barədə müraciət ünvanlayıblar.

Diasporpress.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Müraciətdə Xocalı faciəsi barədə məlumat verilib, həmin gecə ermənilər tərəfindən azərbaycanlıların başına gətirilən müsibətdən bəhs edilib.

Müraciət müəllifləri xüsusilə qeyd ediblər ki, Xocalı şəhərinin əhalisinə qarşı törədilən cinayətlərin xarakteri və miqyası birmənalı olaraq soyqırımların tanınmasının hüquqi əsasları göstərilən BMT Baş Assambleyasının 260 saylı Qətnaməsi ilə qəbul edilən “Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın təsiri altına düşür.

Azərbaycan parlamenti BMT, ATƏT, Avropa Şurası, AŞPA və başqa beynəlxalq təşkilatlara erməni şovinistləri və separatçıları tərəfindən törədilən faciənin azərbaycanlıların soyqırımı kimi tanınması barədə müraciət edib. Müraciətdə o da qeyd olunub ki, bir çox ölkələrin parlamentləri, o cümlədən, İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsinin bəşəriyyətə qarşı cinayət olması barədə bəyannamə qəbul ediblər.

Bütün bunları nəzərə alaraq, müraciət müəllifləri 26 fevral 1992-ci il Xocalıda baş verən hadisələrin qınanması və bu hadisənin Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırım kimi tanınması məsələsinin Ukraynanın Ali Radasının plenar iclasında səsverməyə çıxarılmasını xahiş ediblər.

 

Diasporpress.az