Manşet

Ukraynada saxlanılan qazimizlə bağlı şad xəbər – EKSKLÜZİV

Ukraynada saxlanılan qazimizlə bağlı şad xəbər – EKSKLÜZİVbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ukraynada saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı, Azərbaycan vətəndaşı Misir Qasımlının məhkəmə prosesi keçirilib.

Bu barədə Diasporpress.az-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov məlumat verib.

Onun sözlərinı görə, Kiyev Apellyasiya məhkəməsində keçirilən prosesdə Obuxov məhkəməsinin 18.05.2022 tarixli qərarı ləğv edilib.

Növbəti məhkəmə prosesi oktyabr ayında keçiriləcək.

“Ümid edirəm ki, oktyabr ayının sonunda Misirlə bağlı məhkəmə prosesi bizim xeyrimizə bitəcək və qazimiz azadlığa çıxacaq”, – diaspor sədri bildirib.

Qeyd edək ki, azərbaycanlı Misir Qasımlı digər həmyerlimiz Sübhan Quliyevlə birlikdə Kiyevdə erməni əsilli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb.

Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə ittiham irəli sürülsə də, 1 ildən çoxdur ki, sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar. Hazırda onların məhkəmə iclası davam edir.

Hər iki şəxs sentyabrın 5-dən aclıq aksiyasına başlayıb.