Ukrayna Avropa Birliyinə üzv olmaq üçün real bir dövrü yaşayır.
Bu fikri Ukraynanın dövlət başçısı Volodimir Zelenski söyləyib.
Zelenski qeyd edib ki, Ukrayna Avropa Birliyi ilə assosiativ sazişi imzalamaqla avropalı tərəfdaşları ilə irəliyə doğru birgə addımlayır.
“Ukraynalılar artıq Avropanın həyatına təsir göstərir. Avropanın gələcəyinin taleyi məhz bizim torpaqda həll olunur. Ukraynanın Avropa ölkələrinin birliyinə tam inteqrasiyasını təmin edəcəyik və bu, qitəmizdəki azadlıq, demokratiya və bərabərliyin təməl dəyərlərinin geniş miqyaslı tərəqqi və inkişafın əsas elementləri olduğunu göstərəcək”, – deyə Zelenski əlavə edib.
Diasporpress.az