Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar dairələr üzrə daxil olan müracitələrə baxılır.
DiasporPress.az-ın xəbərinə görə, MSK katibi Arifə Muxtarova bildirib ki, 99 saylı Şəmkir Kənd Seçki Dairəsindən müraciət daxil olub.
Müraciətin araşdırılması üçün müvafiq DSK-ya göndərilməsi barədə qərar çıxarılıb.
27 saylı Sabunçu İkinci Seçki Dairəsindən daxil olan müraciətin də müvafiq DSK-ya göndərilməsi barədə qərar qəbul olunub.
MSK 121 saylı Laçın Seçki Dairəsi üzrə daxil olan şikayətlərin də müvafiq DSK-ya göndərilməsi barədə qərar qəbul edib.
DiasporPress.az