Diaspor

Üç ölkənin Azərbaycanlılarının Koordinasiya Şuralarının təşkilatçılığı ilə toplantı keçirilib

Üç ölkənin Azərbaycanlılarının Koordinasiya Şuralarının təşkilatçılığı ilə toplantı keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç, Finlandiya və Norveç Azərbaycanlılarının Koordinasiya Şuralarının təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar toplantı keçirilib.

 

Onlayn formatlı tədbirdə İsveç, Norveç, Finlandiya, Almaniya, Türkiyə və Azərbaycanda fəaliyyət göstərən diaspor təşkilatlarının, vətəndaş cəmiyyətlərinin nümayəndələri, alimlər, bədii qiraət ustaları və onların yetirmələri istirak ediblər.

 

Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsilə başlayan tədbirdə tarix üzrə fəlsəfə doktoru, dosent Boran Əziz “Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri” mövzusunda çıxış edib. Müzakirələr zamanı tarix üzrə fəlsəfə doktoru, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi İradə Əliyeva Söderberg, “Odlar Yurdu” İsveç-Azərbaycan Mədəniyyət Dərnəyinin sədri Sevinc Nemətova və başqa qonaqlar fikirlərini bildiriblər.

 

Tədbir bədii qiraət ustası Bəhiyyə Nağıyeva və yetirmələrinin, Şirzad Pirallahı və tələbəsinin təqdim etdikləri poeziya nümunələri ilə davam edib.

 

Toplantı sualların cavablandırılması ilə yekunlaşıb.

 

Bünyamin Bünyadzadə

Diasporpress.az