Ölkə

Türkün şanlı zəfəri adlı beynəlxalq festival layihəsinin bağlanış mərasimi keçirilib

Türkün şanlı zəfəri adlı beynəlxalq festival layihəsinin bağlanış mərasimi keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

14 mart 2023-cü il tarixində Bakı şəhərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İB-nin  təşkilatçılığı, Nərimanov rayon Gənclər və İdman İdarəsi, Azərbaycan – Türkiyə Qida Təhlükəsizliyi İB-nin tərəfdaşlığı ilə “Türkün Şanlı Zəfəri” adlı beynəlxalq festival layihəsinin bağlanış mərasimi keçirilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Daha sonra “Türkün Şanlı Zəfəri” adlı layihənin rəhbəri, Azərbaycan – Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynovanın moderatorluğu ilə həyata keçirilən tədbirdə O, layihə barədə, 44 günlük Qarabağ müharibəsi və Zəfərin tarixi haqqında geniş məlumat verib. Çıxışdan sonra 44 günlük müharibədən bəhs edən videoçarx izlənilib. Daha sonra “Gənclərin Töhfəsi” İB-nin sədri Asim Vəliyev Qarabağ Zəfərinin və Azərbaycan həqiqətlərinin xarici ölkələrdə təbliğinin vacibliyini vurğulayıb.

Tədbirdə iştirak edən Türkiyə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Əmrah Barındırır iki qardaş ölkənin ortaq zəfəri olan Qarabağ Zəfərinin gənc nəsil arasında təbliğinin birlik və bərabərlik baxımından önəmini qeyd edib.

Daha sonra Eskişehir Gənclər və İdman İdarəsinin rəis müavini Hasan Kalın Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da münasibətlərin daha irəliyə aparılması istiqamətində əməkdaşlıqların artırılmasına diqqət çəkib.

Tədbirdə 4 ölkədən, Azərbaycan, Türkiyə, Gürcüstan, Bosniya və Herseqovinadan qaliblər, qonaqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, gənclər iştirak ediblər və Qarabağ Zəfərilə bağlı çıxışlar ediblər. Sonda qaliblərə, qonaqlara, iştirakçılara fəxri fərman və hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.

“Türkün Şanlı Zəfəri”ndə rəsm müsabiqəsinin qalibləri:

Türkiyə 

1-ci yer Ece Ekgöz

2-ci yer Oğuzhan Ulutaş

3-cü yer Murat Çınar

Gürcüstan

1-ci yer Şenay Saadic

2-ci yer Laşa İsabalayev

3-cü yer Aysun Məmmədova

Bosniya və Herseqovina

1-ci yer Elvisa Kovaçeviç

Azərbaycan 

1-ci yer Səbinə Darışova

2-ci yer Yeganə Həsənli

3-cü yer Fəridə Məmmədzadə