Türkiyə qeyri-hökumət təşkilatlarının nümayəndələri “Şuşa İli” çərçivəsində Azərbaycana səfərə gələcəklər.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən Diasporpress.az-a bildiriblər ki, Agentlik ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında videoformatda işçi görüş baş tutub.
Görüşdə Agentlik və Nazirlik arasında imzalanan Anlaşma Memorandumunun bəndlərinin icrası, Türkiyə Daxili İşlər Nazirliyi və QHT-lərinin “Şuşa İli” çərçivəsində Azərbaycana səfəri barədə müzakirələr aparılıb. May ayında səfərə gələcək heyət Şuşa, Ağdam və Xocavəndi ziyarət edəcəklər, eyni zamanda, səfər çərçivəsində Azərbaycan və Türkiyə QHT-lərinin işbirliyi forumu keçiriləcək.