Ölkə

Türkiyənin Azərbaycana əsgər göndərməsinə dair sənəd Türkiyə Parlamentində – VİDEO

Türkiyənin Azərbaycana əsgər göndərməsinə dair sənəd Türkiyə Parlamentində – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə əsgərlərinin Azərbaycana göndərilməsinə dair Prezident Memorandumu Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Təklifə əsasən, Türkiyə hərbçiləri bir il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə birgə monitorinq mərkəzində fəaliyyət göstərəcəklər.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə göndərilən memorandumda Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılığa işarə edilib.

“Razılaşmaya əsasən, atəşkəsə nəzarət üçün işğaldan azad edilmiş Azərbaycan ərazilərində Birgə Mərkəz yaradılacaq. Azərbaycanın tələbi ilə Türkiyə və Rusiya Mərkəzdə birgə iştirak etmək barədə razılığa gəliblər”, – deyə sənəddə vurğulanıb.

 

 

 

Diasporpress.az