Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 15-20 may 2022-ci ildə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr baş idarəsi, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi və Türkiyənin müxtəlif QHT-lərinin təmsil olunduğu 15 nəfərlik nümayəndə heyətinin 2022-ci il “Şuşa ili” çərçivəsində Azərbaycana səfərə gəlib.
Diasporpress.az xəbər verir ki, səfər çərçivəsində öncə nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidləri yad edərək, həmçinin şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.