Ziyarətdən sonra nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər.
Diasporpress.az xəbər verir ki, görüş zamanı Hikmət Hacıyev bildirib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir. Hikmət Hacıyev onu da qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir.
Daha sonra Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsi, nümayəndə heyətinin rəhbəri Ahmet Türköz səmimi qəbula görə minnətdarlığını bildirib. Qeyd edib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə gerçəkləşən səfərdən böyük bir məmnunluq hissi duyuruq. “Biz əslində öz vətənimizdə, ölkəmizdə, öz qardaşlarımızın arasındayıq”. Azərbaycan ilə Türkiyə arasında dostluq-qardaşlıq münasibətləri, hamımızın bir millət olmaq ruhuna bağlılığımız hər şeydən əhəmiyyətlidir. Natiq vətəndaş cəmiyyətinin inkişafına toxunaraq qeyd edib ki, Vətəndaş cəmiyyəti ictimai nəzarəti həyata keçirməklə dövlətin milli maraqlarının qorunması istiqamətində mühüm töhfələr verir. Hər iki ölkənin QHT təşkilatları birgə bu sahənin inkişafı naminə birləşərək yeni layihələr icra edəcəyik. Əminik ki, keçirilən bu forum hər iki ölkə QHT-lərinin inkişafına böyük təkan verəcək.
Daha sonra görüş qarşılıqlı fikir mübadiləsi əsasında yekunlaşıb.